“Azəriqaz” Misir Mərdanovun ailəsi ilə məhkəmə çəkişməsini təsdiqlədi…

“Azəriqaz” Misir Mərdanovun ailəsi ilə məhkəmə çəkişməsini təsdiqlədi…

“Qarşı tərəf cərimənin məbləğini özü açıqlamayıbsa, bizim cərimə məbləğini də açıqlamamız etik olmaz”
Xəbər verdiyimiz kimi sabiq təhsil naziri Misir Mərdanovun qızı Samirə Mərdanovaya aid olduğu bildirilən “Göyərçin Uşaq Bağçası” MMC “Azəriqaz” İstehsalat Birliyinə qarşı məhkəmə iddiası qaldırıb. İddaçı tərəf bildirir ki, “Azəriqaz” onları əsassız yerə cərimə edib.
Moderator.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov məsələni təsdiqləsə də, baş verənlərə münasibət bildirmək istəmədi və o, bunu məhkəmənin işinə müdaxilə kimi dəyərləndirdi:
“Göyrəçin Uşaq Bağçası”nın “Azəriqaz” İstehsalat Birliyini məhkəməyə verməsi doğrudur. Bu artıq məhkəmə mübahisələndirilməsi olduğu üçün məhkəmənin işinə müdaxilə ola bilər anlamında biz buna açıqlama vermək istəmirik. Biz bununla prosesə təsir etmiş olarıq. Qarşı tərəf cərimənin məbləğini özü açıqlamayıbsa, bizim cərimə məbləğini də açıqlamamız etik olmaz”. dosye.org

COMMENTS