“Azərsu” ASC-nin qarşısında bıçaqlanma olub

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Şahratlı Cavidan Əlikömək oğlu dostu ilə “Azərsu” ASC-nin inzibati binasının qarşısında əlbəyaxa olub və nəticədə onun tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müəyyən edilib ki, ona ümumilikdə 4 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Dosye.org

COMMENTS