AZƏRSU ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynova qarşı ŞOK İTTİHAMLAR

AZƏRSU ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynova qarşı ŞOK İTTİHAMLAR

Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə,

Surəti: Azərbaycan Respublikasının Baş Prokroru Cənab Zakir Qaralova,

Sürəti: Dosye.org İnformasiya Agentliyinə.

Fizuli Rayonu Böyük Bəhmənli kənd sakini İsmayılov Elnur Mənsur oğlu tərəfindən

                                                                                 Ərizə şikayəti

 

Hörmətli Cənab Prezident və Zakir müəllim!

Mən sizə tez –tez və təkrar təkrar ona görə müraciət edirəm ki, bu günəcən etdiyim təkzib olunmaz faktlarla təsdiq olunmuş 300-dən çox korrupsiya faktları haqqında şikayət ərizələrimin heç birinin araşdırılmamasındandır. Qeyd edim ki, 11.04.2014-cü ildə SOCAR-ın Geofizika və Geologiya idarəsindən heç bir xəbərdarlıq və bildiriş verilmədən qanunsuz olaraq işdən çıxarılmışam. Bunun əsas səbəbi odur ki, mən işdən çıxarılmamışdım əvvəl idarənin rəisi Vaqif Abdullayevə idarə vəsaitlərinin xüsusui ilə külli miqdarda 20.000.000 (iyirmi milyon)-dan çox AZƏRSU ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynov tərəfindən müxəlif istiqamətlərdə talan olmasını bildirmişdir. Faiq Hüseynov iclaslarda və üzbəsurət məni işdən çıxaracağını bildirmişdir. Sonda da buna nail olmuşdur. Bildirim ki mənim məcburi köçkün statusum var, iki azyaşlı uşağım var. Biri anadan gəlmə qüsurludur, həyat yoldaşım heç bir yerdə işləmir.

Nədənsə prokrorluq orqanları heç bir araşdırma aparmadan bütün şikayətlərimi SOCAR-a göndərirlər. Oradan ünvanıma hüquq departamentinin rəisi Eldar Orucovun imzası ilə eyni məzmunlu yalan cavablar gəlir. Məhz bu səbəbdən də sizə təkrar-təkrar müraciət etməyə məcbur qalıram.

Hörmətli Cənab Prezident və Zakir müəllim

Dəfələrlə müraciətimdə qeyd etmişəm ki, əgər düzgün və iştirakımla araşdırmalar aparılarsa göstərdiklərimi hamısını sübut etməyə hazıram. Nədənsə bugünə qədər etdiyim müraciətlərin heç biri ədalətli araşdırılmayıb, bərabərlik prinsipi pozulur, prokrorluq orqanları sadə vətəndaşların müraciətlərini xüsusi ilə külli miqdarda korrupsiya faktlarının vəzifəli şəxslərə görə qurban verirlər. Yəni, ədalətli araşdırmırlar. Mən isə bu nankor və Azərbaycan Respublikasının qanunlarını ayaqları altında tapdalayan məmurların qanunsuz əməllərinə görə hələ də əziyyət çəkirəm.

Hörmətli Cənab Prezident və Zakir müəllim

Məhz düzgün araşdırılma aparılmadığına görə Faiq Hüseynov Dövlətin büdcəsindən oğurladığı milyonların hesabına Bakı şəhərində 20-dən çox obyektlər tikdirib qardaşı Nəsir Hüseynovun və qohumlarının və dostlarının adlarına sənədləşdiriblər. Bu gündə həmin qohumların və dostların adına yeni şirkətlər yaradıb AZƏRSU ASC-də, Geofizika və Geologiya idarəsində və Kompleks Qazma işləri trestində keçirilən tenderlərə dolyaı yol ilə sahiblik edirlər.

Ölkəmizdə və Türkiyə Cumhiyyətində Nurçu Fetoçu kimi tanınan Qorxmaz və Faiq Hüseynov qardaşları ətrafına bu təriqətdən xeyli insan yığaraq başqa-başqa vəzifələrə yerləşdirib dövlətin büdcəsini müxtəlif yollarla talan edirlər.

Dəfələrlə işçilərin danışıqlarının şahidi olmuşam ki, Geofizika və Geologiya idarəsinin keçmiş rəisi Vaqif Abdullayev Qorxmaz Hüseynovun imamı kimi tanınıb və Vaqif Abdullayev 2010-2015-ci illərdə “Zamin bankın” gənclik filialı vasitəsi ilə ölkəmizdə Türkiyə Cumhuriyyətinə Nurçuların maliyələşməsi üçün yüz minlərlə vəsait çıxarmışdır. Məhz buna görə də Vaqif Abdullayev Geofizika və Geologiya idarəsindən təqaüdə göndərildikdən sonra özü və qaynı Fərhad Heydərov AZƏRSU ASC-nin sədri Qorxmaz Hüseynov tərəfindən bu quruma yüksək vəzifələrə təyin olunublar.

Hörmətli Cənab Prezident və Zakir müəllim

Erməni təcavüzkarların torpaqlarımıza törətdiyi talançılığı bu gün dövlətimizin büdcəsinə qarşı törədən AZƏRSU ASC-nın sədri Qorxmaz Hüseynov və qardaşı Faiq Hüseynov bu gündə öz çirkin əməllərini həyata keçirməkdə davam edirlər. Ulu Öndər rəhmətlik atanız Heydər Əliyev Azərbaycan xalqının gələcək rifahını yaxşılaşdırılması üçün beynəlxalq neft müqavilələri bağladı. Lakin Qorxmaz və Faiq Hüseynov həmin müqavilədən gəlirləri şəxsi mənafeyləri üçün istifadə edib mənim kimi sadə Azərbaycan vətəndaşlarına zülm edirlər.

Özünə və yaxın qohumlarına qapısını tanımadıqları Təfəkkür Universitetində optom əldə etdikləri saxta diplomlar ilə AZƏRSU ASC-də və SOCAR-da istənilən vəzifələrdə işləyirlər. Bu universiteti bitirib yüksək vəzifələrdə Qorxmaz Hüseynovun və Faiq Hüseynovun sifarişləri ilə işləyən bir neçə adını bildiyim qohumlarının siyahısını sizə təqdim edirəm. (Faiq, Nicat, Şahlar, Şakir, Natiq, Nurəli). Qeyd edim ki göstərdiyim şəxlərin hamısı Təfəkkür universitetini bitirib Qorxmaz və Faiq Hüseynov tərəfindən müəyyən vəzifələrə yerləşdiriliblər.

Hörmətli Cənab Prezident və Zakir müəllim

Bizimyol.info saytında gedən məqaləmdən sonra SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov mənim ittihamlarımı yalan olduğunu bildirib və söyləyib ki, gəmilər Xəzər dəniz neft donammasına təhvil verilərkən Faiq Hüseynovun idarədən oğurladığı qayıq da təhvil verilmişdir. Nədənsə 5 ildən sonra minlərlər faktların yalnız birinə münasibət bildirən İbrahim Əhmədov qalan faktlar haqqında heç nə bildirməmişdir.

Hörmətli Cənab Prezident və Zakir müəllim

İşçilərin söylədiklərinə görə gəmilərin komplektinə daxil olan qayıq Faiq Hüseynov tərəfindən 2006-cı ilin əvvəllərində oğurlanıb, həmin qayığın yerinə isə yararsız reyzin qayıq qoyulmuşdur. Mən də təhvil təslim haqqında akta həmin qayığın faktiki vəziyyətini yəni yararsız olduğunu göstərmişəm və imzamla təsdiq etmişəm. Həmin qayığın Faiq Hüseynov tərəfindən oğurlandığını təsdiq etmək üçün gəmilərin 2001-ci ildən 2006-cı iləcən olan şəkillərinə baxmaq lazımdır. Daha bir fakt isə Musayev Niyaməddinin icarəsində və mülkiyyətində heç bir qayıq olmadığı halda Geofizika və Geologiya idarəsi tərəfindən həmin şəxsin “Zamin” bankın gənclik filialındakı hesabına 418.000 (dörd yüz on səkkiz min) manatın köçürülməsi təsdiq edir. Qeyd edim ki, həmin köçürülən məbləğ Musayev Niyaməddin tərəfindən Faiq Hüseynova verilmişdir. Çünki həmin dövrdə Musayev Niyaməddinlə Geofizika və Geologiya idarəsi arasında heç bir müqavilə olmamışdır. Əgər iştirakımla düzgün araşdırmalar aparılarsa həmin qayığın Faiq Hüseynov tərəfindən oğurlanması sonradan Geologiya və Geofizika idarəsinə icarəyə verilməsi və 418.000 manatın Musayev Niyaməddinin hesabına köçürülməsini sübuta yetirməyə hazıram.

Hörmətli Cənab Prezident

Siz həmişə iclaslarda, toplantılarda vurğulayırsınız ki, ölkədə heç kəs toxunulmaz deyil. Əgər bəzi yüksək vəzifəli şəxslər qanunları pozurlarsa öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə korrupsiya və xoşa gəlməz hallarla məşqul olurlarsa, onlar mütləq cəzalandırılacaqlar.

Ümidvaram ki, ərizəmdə göstərdiklərim və əvvəlki müraciətlərimin hamısı sizin şəxsi təşəbbüs və nəzarətinizlə düzgün araşdırılacaq və həllini tapacaqdır.

DOSYE.ORG

COMMENTS