Azad Həmkarlar İttifaqının Beyləqan rayon təşkilatının sədri Səttar Mehbalıyevi tanımır?

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon təşkilatına sədr seçilməsinin gizlinləri və əməlləri Qarabağ qazisi Zaur Həsənovun özünü yandırması cəmiyyətdə həmkarlar təşkilatları ilə bağlı müzakirələrin yaranmağına səbəb oldu.

 

Artıq əyalətlərdə də bu təşkilata üzv olmağın xeyirdən çox zərər gətirməyi barədə düşünənlər var. Beyləqanda yaşayan bir qrup təhsil işçisi Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon təşkilatı barədə narazılıqlarını cumhuriyyet.az-la bölüşüblər.

 

Beyləqan təhsil işçiləri haqlı olaraq bildirirlər ki, Azərbaycan bəlkə də tək-tək ölkələrdəndir ki, burada həmkarlar təşkilatları işçi hüquqlarını deyil, işəgötürənlərin mənafeyini qoruyur.

 

Üstəlik yardıma, sosial müdafiəyə ehtiyacı olanlara kömək göstərməli olan bu təşkilat , faktiki olaraq üzvlərinin yardımı ilə yaşayır.

 

Burada “təşkilat” dedikdə onun rəhbəri nəzərdə tutulur. Həmin şəxs bu yardımdan hətta “yuxarı”lara da “yardım” etdiyini deyir.
Müraciət müəllifləri ortaya konkret faktlar qoyublar.

 

Onların deməsinə görə, Beyləqanda təhsil işçiləri üçün əmək haqqı olaraq ayda milyon manatdan artıq pul ödənilir. Bu məbləğin 2 faizi, yəni təxminən 20 min manatdan artıq pul “duru yerdən” həmkarlar təşkilatının hesabına köçür:

 

“Üzvlük haqları hesabına yığılan həmin vəsaitin 51 faizi baş idarəyə gedir, 49 faizi isə yerli təşkilatın ixtiyarında qalır. Hesablama ilə yerli təşkilat ayda ən azə 10 min manat gəlir əldə edir ki, bu da ildə 120 min manat təşkil edir.

 

Nizamnaməyə görə bu vəsain təqribən 35-40 faizi ehtiyacı olan təhsil işçilərinə yardım formasında verilməlidir. Qalan vəsait təddbirlərin, bayramların təşklinə və inzibati xərclərə sərf olunur”.

 

Beyləqanlı təhsil işiləri hələ bir kasıb, xəstə müəllimə yardım edildiyini, müalicəyə göndərildiyini eşitmədiklərini deyirlər. Onların sözlərinə görə, təşkilat rəhbəri Tahir Həsənovun işi bu vəsaiti silmək üçün saxta sənədlər tərtib etməkdən ibarətdir.

 

3 ilə yaxındır ki, o, təşkilatı bu qaydada idarə edir. Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon təşkilatının sədro Tahir Həsənov haqda ən maraqlı fakt isə onu sədr vəzifəsinə təşkilatın üzvlərinin seçməməsidir.

 

Bununla bağlı cumhuriyyet.az-ın apardığı araşdırma zamanı məlum olub ki, T.Həsənovun ümumiyyətlə Beyləqan təhsilinə aidiyyatı olmayıb.

 

O uzun müddət Füzuli rayon təhsil sistemində çalışıb. Füzuli rayonunun 55 saylı məktəbin direktoru olub. Maraqlıdır ki, Beyləqan təhsil içşilərinin Həmkarlar İttifaqının rəhbərliyinə də o birbaşa Füzuli məktəbinin direktorluğundan gəlib.

 

Mənbəmiz bu proses haqda da maraqlı faktlar söylədi: “T.Həsənovun Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon təşkilatına sədr gətirilməsi birbaşa keçmiş icra başçısı İrşad Əliyevin təşəbbüsü ilə olub.

 

O bu prosesin sonucu olaraq T.Həsənovu rayon təhsil şöbəsinin rəhbərliyinə gətirməyi düşünürdü. Amma vəzifədən alındığından bu istək də həyata keçmədi”.

 

Mənbənin Dosye.org-a bildirdiyinə görə T.Həsənov başqa bir rayonun təhsil sistemindən birbaşa Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon təşkilatının sədri vəzifəsinə gəlməsi üçün iyirmi min manat nağd rüşvət verdiyini gizlətmir. Əlbəttə bu iddianın nə dərəcədə doğru olduğunu deyə bilmərik.

 

Amma kənar rayonun təhsilindən birbaşa başqa rayonun həmkarlar ittifaqına rəhbər gətirilməsi prosesi çox müəmmalar yaradır…

COMMENTS