“Azadlıq” 2 kampaniyaya başladı

“Azadlıq” qəzeti çapını davam etdirə bilmək üçün avqustun bu gündən etibarən kampaniyaya başlayıb

 

Qəzetin “Azərbaycan” nəşriyyatına olan borcunun ödənilərək çapını bərpa etməsi üçün abunə və xeyriyyə kampaniyaları paralel olaraq aparılır.

Bunu İnterpress.az-a “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bildirib. Baş redaktorun sözlərinə görə, ilk növbədə ictimaiyyətə müraciət edirlər: “Azadlıq” çapını sadəcə olaraq nəşriyyatla problemə görə dayandırmayıb. Bu, uzun müddətdir davam edir və qəzeti blokadaya alıb məhv etmək siyasəti yuxarılardan sanksiyalaşdırılıb. Elə görüntü yaratmaq istəyirlər ki, guya, qəzet oxucu qıtlığından və maliyyə problemləri üzündən bağlanır. Əgər ölkədə ən çox alıcısı olan “Azadlıq” qəzeti maliyyə qıtlığından bağlansaydı, o halda ölkədə bir dənə də olsun qəzet çap edilə bilməzdi. Bizə, sadəcə, mane olmasınlar. Biz dövlət qayğısı istəmirik. Haqqımızı versinlər.

“Qasid”ə ,,Azadlıq”ın pulunu verməyin” göstərişini aradan qaldırsınlar, bizə yetər. Bu gün axşam və sabah günortaya qədər mənzərə bizə tam aydın olacaq”. Q.Zahid gələcək üçün planlardan danışarkən “Biz abunə sistemini o qədər təkmilləşdirməliyik ki, qəzet hakimiyyətin nəzarətində olan satış firmalarından asılı olmasın” deyə qeyd edib.

COMMENTS