22 iyul 2015- ci il tarixdə “Azadlıq 2015” seçki blokunun sədrlərinin toplantısı olub. Bu barədə musavat.com-a Blokun mətbuat xidmətindən məlumat daxil olub. Orada bildirilir ki, toplantıda:
1. Azərbaycan milli mətbuatın yaranmasının 140 illiyi münasibəti ilə jurnalistlərə təbrik qəbul edilib;
2. Mətbuat nümayəndələri ilə görüşdə prezident İlham Əliyevin siyasi islahatların vacibliyi haqqında səsləndirdiyi fikir və bundan əvvəlki görüşlərdəki müzakirələr nəzərə alınaraq, növbəti görüşün 2015- ci il Milli Məclisə seçkilər və siyasi islahatlar mövzüsuna həsr edilməsi təklifi ilə çıxış edilməsi razılaşdırılıb;
3. Seçkiqabağı vəziyyətin monitorinqinin nəticələrinə aid hazırlanmış sənəd layihəsi müzakirə edilib. Müzakirənin davam etdirilməsi qərara alınıb;
4. İctimai siyasi vəziyyətə dair digər məsələlər müzakirə edilib.
Musavat.com
COMMENTS