“Azadlıq” qəzetinə qarşı növbəti plan hazırlanır

Yasamal Rayon Məhkəməsinin vəkil Əlayif Həsənovun işi üzrə çıxardığı qərara əsasən, iddia yenilənəcək.

 

Bakı İstintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusla bir kamerada saxlanan Nuriyyə Hüseynova Əlayif Həsənovu böhtan və təhqirdə günahkar bilərək xüsusi ittiham qaydasında məhkəməyə verib. Bir müddət öncə Əlayif Həsənov müdafiəçisi olduğu Leyla Yunusa istinadla mediaya bildirib ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir, qohumlarının gətirdiyi bəzi şeyləri onun əlindən alır, içəridə söyüş söyür, istirahət etməsinə, yuyunmasına imkan vermir. Bu açıqlama “Azadlıq” qəzetində də dərc olunub.

“Media forum”a açıqlamasında Əlayif Həsənov bildirib ki, növbəti hazırlıq iclası oktyabrın 23-də keçiriləcək: ”Hakim Azər Tağıyevin qəbul elədiyi qərara əsasən, iddia yenilənəcək, “Azadlıq” qəzeti də işə cəlb olunacaq”.

COMMENTS