Azərbaycanda Milli Demokratiya İnstitu bağlandı?

Barəsində bir çox qalmaqallı və ittiham xarakterli məlumatlar yayılan ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan ofisi bağlanıb.

 

“AzerFax” xəbər verir ki, bu barədə Modern.az saytı məlumat yayıb. “Vestnik Kavkaza” portalına istinadən yayılan məlumata görə, MDİ-nin iyul ayının 2-də ofisi bağlanıb.

Azərbaycanın Ədliyyə Nazirliyi xəbərə münasibət bildirilməyib.

Qeyd edək ki, MDİ Azərbaycanda “rəngli inqilablar”a dəstək verməkdə, onun təşkilatçılarına maliyyə dəstəyi verməkdə ittiham olunurdu. İddialara görə, MDİ Azərbaycanda hakimiyyətə qarşı olan bəzi müxalif dairələrə maddi yardım ayırıb.

MDİ-nin “Facebook və rəngli inqilablar” həyata keçirmək üçün 2 milyon dollar pul xərclədiyi də ittihamlar sırasında yer alıb.

COMMENTS