“Azərsun”nun müəmmalı bağlanışı işçıləri təəcübləndirdi

Azərbaycanda fəaliyyət göstərən və qida sənayesi üzrə ixtisaslaşmış şirkətlərdən olan Azərsun Holdinqin nəzdindəki yağ zavodu bağlanmaq üzrədir.

Axar.az xəbər verir ki, paytaxtın Heydər Əliyev prospektində fəaliyyət göstərən zavod Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinə köçürüləcək.

Zavodda çalışan əməkdaşın Axar.az-a verdiyi xəbərə görə, köçürülmə tam yekunlaşmayıb: “Hazırda istehsal davam edir. Gələcəkdə burada şokolad fabrikinin açılması planlaşdırılır. Amma əsas işi H.Z.Tağıyev qəsəbəsində istifadəyə verilən yağ zavodu görəcək”.

Qeyd edək ki, 1991-ci ildən fəaliyyət göstərən şirkətin zavod və filiallarının paytaxtdan çıxarılması əslində başadüşüləndir. Çünki Hava limanına gedən yolun üzərində yerləşməsi və gələn qonaqların nəzərini cəlb etməsi zavodun şəhər kənarına köçürülməsi üçün əsas səbəb sayıla bilər.

COMMENTS