Top.Mail.Ru

AZAL: Bakıdan Naxçıvana yüklər pulsuz daşınacaq

AZAL: Bakıdan Naxçıvana yüklər pulsuz daşınacaq

Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə bütün dövlət təyinatlı yüklər prioritet qaydada və təmənnasız əsaslarla daşınacaq.
“Azərbaycan Hava Yolları” QSC-dən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə koronavirus infeksiyasının (COVID-19) yayılması ilə mübarizə tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə bütün dövlət təyinatlı yüklərin prioritet qaydada və təmənnasız əsaslarla daşınmasını həyata keçirəcəkdir.

Qeyd edək ki, “AZAL” QSC-nin bütün struktur bölmələri gücləndirilmiş iş rejimində və hökumət qurumları ilə sıx əlaqədə işləməyə davam edirlər.

DOSYE.ORG

COMMENTS