Top.Mail.Ru

AZAL-ın 300 dollarlıq “təxliyyə” oyunu – Diaspor sədrindən etiraz

AZAL-ın 300 dollarlıq “təxliyyə” oyunu – Diaspor sədrindən etiraz

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadov pandemiya dövründə atdığı addıma görə iki ölkənin hava yolları şirkətlərininin fəaliyyətini sərt tənqid edib.

“BakuPost”un məlumatına görə, o məsələnin məntiqinin avia şirkətlərin pandemiya zamanı təxliyyəyə (bunu təxliyyə adlandırmaq olarsa) ehtiyacı olan soydaşlarımızdan qazanacaqları maddiyyat olduğunu deyib.

“Deməli, 08.07.2020 tarixində “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus olan təyyarə Kiyevdən Bakıya boş (sərnişinsiz) uçaraq oradan bu avia uçuşa 300 ABŞ dollarına bilet (ekonom klass) almış əksəriyyəti azərbaycanlı olan sərnişinləri Kiyevə gətirməyi planlaşdırır.

Səhəri gün (09.07.2020) isə “Azərbaycan Hava Yolları” avia şirkəti Bakıdan Kiyevə boş uçuş həyata keçirərək Kiyevdəki soydaşlarımızı xüsusi çarter reysilə 300 ABŞ dollarına bilet almaqları müqabilində “təxliyyə” etməyə hazırlaşır.

Hər iki təyyarə eyni marşrut üzrə 1 gün fərqlə avia reys reallaşdıracağı halda niyə bir tərəfə sərnişinsiz uçuş həyata keçirərək biletin qiyməti ən azı 300 ABŞ dollar təyin edilir? Olmazmı ki, bir təyyarə hər iki istiqamətdə sərnişinlərlə dolu uçsun və pandemiya dövründə xarici ölkələrdə maddi vəziyyətləri onsuz da çətin olan soydaşlarımıza biletləri 300 deyil, deyək ki, 200 ABŞ dollarına satılsın?

Yəni, biletin qiymətinin biznes klasa 700 ABŞ dolları olduğunu nəzərə almasaq belə, yenə də 200 nəfərlik təyyarəyə bilet alan soydaşlarımız ən azından hərəsi 100 ABŞ dollarına qənaət etsələr, bir təyyarədə 20.000 ABŞ dolları vətəndaşlarımızın cibində qalsa olmazmı?

Belə bir çətin və həssas dönəmdə bu avia şirkətlər pandemiyanın yorduğu soydaşlarımızı vətənlərinə rahat uçurmaq əvəzinə, bu halı fürsət bilib onların dövlətə inamlarını havaya uçururlar. Dövlətə sevgini isə sonradan 30-40 min dollara almaq mümkün olmayacaq. Millətin gözündən düşməyin.

Düşünün, düşməyin!
Uçurun, uçurmayın!”

AZAL-ın 300 dollarlıq "təxliyyə" oyunu

 

COMMENTS