Azay Quliyevin deputatlığa namizədliyi qeydə alındı

Sentyabrın 28-də 8 saylı Binəqədi birinci Dairə Seçki Komissiyası  Quliyev Azay Əjdər oğlunun deputatlığa namizədliyi  məsələsini müzakirə edib və onun  namizəd kimi qeydə alınması haqqında  qərar qəbul edib.

Qeyd edək ki, 8 saylı Binəqədi birinci seçki dairəsindən 01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkidə Azay Quliyevin  namizədliyi  “Gələcəyə İnamla” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən irəli sürülmüşdür.

COMMENTS