Ölkədə sement məhsulları ilə bağlı dosye.org-a ilginc məlumatlar daxil olub.
Belə ki, sement bazarında istehlakçıların aldadılmasının hallarının artması, qanunsuz laborotoriya nəzarətindən kənar aşağı keyfiyyətli təhlükəli sement məhsulları müəyyən yollarla bazara çıxarılıb. Xatırladaq ki, Qaradağ rayonunda “AZBETON” adlı sement məhsulu keyfiyyətsizliyi ilə və eyni zaman da labaratoriyadan keçməmiş məhsullar Beyləqan, Zakatala, Qusar, Xaçmaz, Şamaxı, Qax, Qəbələ, Ağdaş, Bərdə və digər rayonlarda qeyri qanuni yolla satılır.
Bu sement məhsullarının alıçılar arasında çaşqınlıq yaratması, istifadə etdikdə sementin keyfiyyətinin üzərində yazılmış markaya uyğun olmayan məlumatlar verir. Sonradan məlum olur ki, “AZBETON” semen istehsal edən sex dövlət qurumları tərəfindən nəzarətsiz buraxılıb. Etiraf edək ki, bu cür hallar ətraf mühütün qorunması baxımından təhlükəli nəticələrə səbəb olan faktdır.
Dosye.org olaraq bildirmək istəyirik ki, İqtisadi İnkişaf Nazirliyinə Standartlaşdırma, Metrologiya və Potent Üzrə Dövət Komitəsinə və DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə rəsmi müraciət olunacaq . Və inanırıq ki, cəmiyyət üçün təhlükəli olan “AZBETON” sement məhsulu dərhal bazarlardan yığışdırılacaq. Alıçılardan xaiş olunur ki, “AZBETON” sement məhsulunu alarkən diqqətli olsunlar. Araşdırmalarımız davam edir.
P.S. İndicə əldə etdiyimiz məlumatlara görə “AZBETON” sementini istehsal edən sex qapanmaq üzrədir. Vergilər Nazirliyinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, sexdə rəhbərlik və işçilər arasında əmək müqaviləsi bağlanılmayıb. Məlumatın nə qədər real olub-olmadığı araşdırmalarımızdan sonra bəlli olacaq.
COMMENTS