“Azercell”in keçmiş rəhbəri hakimiyyətdən salındı

Moldovanın keçmiş baş naziri Kirill Qaburiç istefa verib.

ANS PRESS-in məlumatına görə, bu barədə Kirill Qaburiç Kişnyovda keçirdiyi mətbuat kofnransında bildirib.

“Mənim addımım geriçəkilmə deyil, irəli doğru atılmış bir addımdır. Düşünürəm ki, bu, parlamentdə yeni hakimiyyət çoxluğu yaratmağa imkan verəcək”,- deyə Kirill Qaburiç bildirib.

38 yaşlı K.Qaburiç 2012-2014-cü illərdə Azərbaycanda “Azercell” şirkətinin prezidenti olub.

Fevral ayında Moldova Parlamenti Kirill Qaburiçi baş nazir vəzifəsinə namizədliyini təsdiq etmişdi. O, iqtidar koalisiyasına daxil olan Liberal-Demokratlar Partiyasının namizədi idi. Qaburiçin proqramında əsas vəzifə Moldova Respublikası və Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin tətbiqi idi.

COMMENTS