Top.Mail.Ru

Aztəminatlı ailələrə böyük qayğı – FOTO

Aztəminatlı ailələrə böyük qayğı – FOTO

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Qarabağ Seyid Ocaqları ilə birgə xeyriyyə aksiyasını Ramazan ayı boyunca da davam etdirir.

Ramazan ayı boyunca həyata keçirilən yardım kampaniyası çərçivəsində aztəminatlı, şəhid və qazi ailələrinə ərzaq yardımı edilib.

Bu dəfə xeyriyyə aksiyası qardaş Türkiyənin Azərbaycandakı Səfirliyinin Din İşlər Müşavirliyinin dəstəyi ilə həyata keçirilib.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliğ İctimai Birliyinin sədri Sevinc Əzimbəyli və Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli müqəddəs Ramazan ayı ərzində aztəminatlı, habelə qazi və şəhid ailələrinə göstərilən yardımın, dəstəyin əvəzsiz olduğunu bildirərək, bu qayğı və diqqətə görə qardaş ölkə səfirliyinin Din İşlər Müşavirliyinin rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.

COMMENTS