İsmayıllı rayonunda bu gün saat 16:20 radələrində yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Qəbələ yolunun Koroğlu küçəsi ilə kəsişməsində AzTV və Kanal-S telekanallarının operatoru Rafiq Həsənovun idarə etdiyi “OPEL” markalı 90 DD 325 dövlət nömrə nişanlı avtomobil rayonun Koroğlu kücəsindən yola çıxmaq istəyən 31 BC 927 dövlət nömrə nişanlı “Kamaz” markalı avtomobillə toqqaşıb. Nəticədə “OPEL”-in sürücüsü xəsarət alıb. Hadisənin necə baş verdiyi araşdırılır.
Əlavə məlumat veriləcək.
Əmrah Cəfər
(Bölgə müxbiri).
COMMENTS