AzTV-nin əməkdaşı rəsmi tədbirdə öldü

Füzuli rayonunda bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, Füzuli Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 10 radələrində qeydə alınıb.

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi, 1955-ci il təvəllüdlü, Ağaqulu Əliağa oğlu Mürvətov Horadiz qəsəbəsində rəsmi tədbir zamanı generator maşınında olarkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

COMMENTS