Bələdiyyə sədri və həyat yoldaşı qətlə yetirildi

Azərbaycanın Abşeron rayonunda dəhşətli qətl törədilib. APA-nın məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbə bələdiyyəsinin xanım sədri və onu həyat yoldaşı yaşadığı evdə qətlə yetirilib. Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, cinayət işi başlanıb, istintaq gedir.

***

Artıq dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.
Məlumata görə, Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdlü Vəsilə Əbilhəsənovanın yaşadığı evə daxil olan şəxs onu və həyat yoldaşı Vəfadar Əbilhəsənou qətlə yetirib.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qətli törədən şəxsin Saray qəsəbə sakini, 1980-cı il təvəllüdlü Fədai Güloğlan oğlu Hüseynov olması müəyyən edilib və o saxlanılıb.

Hazırda baş vermiş hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

COMMENTS