Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rayonun Gərənə kəndində 1990-cı il təvəllüdlü yerli sakin Məmmədli Elvin Firudin oğlu həmyerlisi tərəfindən bıçaqlanıb.
Ayaq nahiyəsindən vurulan E.Məmmədli Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.
Rayon Polis şöbəsindən verilən məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.
Dosye.org
COMMENTS