Bərdə rayonunda RƏZALƏT: “Azəriqaz”ın Bərdə Regional İdarəsinin rəisi vətəndaşa kələk gəlir

Bərdə rayonunda RƏZALƏT: “Azəriqaz”ın Bərdə Regional İdarəsinin rəisi vətəndaşa kələk gəlir

Dosye.org saytın elektron ünvanına Bərdə şəhəri Həzi Aslanov küçəsində yaşayan Ələsgərov Firdovsi Əliağa oğlu tərəfindən şikayət məktubu daxil olub. Məktubun məzmunu ilə sizi tanış edirik. Onuda nəzərinizə çatdıraq ki, vətəndaş saytımız vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə üz trutur.
Möhtərəm Prezident!
Yaşadığım evin qaz sayğacının yerini sentyabr ayında dəyişiblər. Dəyişilməsindən əvvəl  sayğacın üstü yazılmış və 116 manat borcum olduğu ilə bağlı mənə bildiriş verilmişdir. Bu bildiriş əsasındada 30 manat ödəniş etmişəm. Lakin oktyabr ayında «Azəriqaz»ın Bərdə Regional İdarəsinin nəzatçisinin mənə verdiyi bildirişdən şoka düşdüm. Belə ki, bu bildirişə əsasən mən bir ay ərzində iki yüz manata yaxın qaz işlətmiş olurdum. Sentyabr ayında bildirişə əsasən 116 manat borcum olub. Bu borcdanda 30 manat vermişəm. Bu pulu ödədikdən sonra 86 manat borcum qaldığı halda yeni bildirişə əsasən mənim 276 (iki yüz yetmiş altı) manat borcum qalırdı. Elə bildim nəzarətçi rəqəmləri səhv  yazıb.Özümdə qaz sayğacına baxdım və həqiqətəndə sayğacın üstündəki rəqəmlərə əsasən mənim 276 manat borcum olduğu təsdiq olunur.Dəhşətə gəlmişdim.Necə ola bilər ki, 190 manatlıq qaz istifadə etmişik. Sentyabr ayında yay vaxtında bu qədər qaz yandırmaq qeyri-mümkün idi. Ona görədə sayğacın girişinə və çıxışına baxdım. Məlum oldu ki, qaz sayğacının yerini dəyişən zaman «Azəriqaz»ın Bərdə Regional İdarəsinin qaynaqçısı öz işini natamam görmüş və bunun nəticəsindədə sayğacdan evımə sarı olan çıxışında böyük bir dəlik qalmışdır. Bunun nəticəsində külli miqdarda qaz sərfiyyatı olmuşdur.Bu qədər qaz sərfiyyatın səbəbi Qaz İstismar İdarəsinin sahə rəisinin və qaynaqçının  məsuliyyətsizliyi və işlərinə laqeyid münasibətlərinə görədir.Mən Bərdə Regionla Qaz İstismar İdarəsinin Ceyhun adlı müdiri ilə görüşüb bütün bunları ona desəmdə o mənə bildirdi ki, bu bizim problemimiz deyil. Mən etiraz edib ona bildirdim ki, qaynaqçı sizin idarənin işçisidir. O da gördüyü işi keyfiyyətli görməyib. Sayğacın yerinin dəyişilməsinin səbəbidə siz olmusunuz. Qaz İstismar İdarəsinin müdiri mənim bu sözlərimə cavab verdi ki, «get kimə istəyirsən belə prezident İlham Əliyevə de Onsuzda bu pulu sən ödəyəcəksən»
Möhtərəm, cənab Prezident, Siz  dəfələrlə məmurları xəbərdar edirsiniz ki, «Məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluq və soyğunçuluqla məşğul olmamalıdır.  Amma  Bərdə Qaz İstismar İdarəsinin Ceyhun adlı müdiri sizin bu tapşırığınıza məhəl qoymur. Öz soyğunçuluğunu davam etdirir. Ona görədə xahiş edirəm Bərdə Qaz İstismar İdarəsinin müdiri Ceyhun haqqında ciddi tədbir görülməsinə köməklik göstərəsiniz
Hörmətlə Ələsgərov Firdovsi Əliağa oğlu
P.S. Şikayət məktubunda adı hallanan şəxslə telefon əlaqəsi yaratdıq. Telefon zəngimizə cavab verən idarə rəisinin qarşı tərəf kimi mövqeyi olduqca maraqlı oldu. Bərdə Qaz İstismar İdarəsinin Ceyhun adlı rəisi: Bəli, qonşuları ilə aralarında mübahisə yaranıb. Bir qonşu sizə şikayət edən şəxsin su borusundan mufəqqəti su götürüb. Problem budur. 
Görünür, özünü Su İdarəsinin rəisi hesab edən Ceyhun müəllimə xatırlatmaq istəyirik ki, siz Bərdə Qaz İstismar İdarəsinin rəisisiz. 
Digər tərəfdən rəisin telefon danışığı zamanı nədən söhbət getdiyi isə məlum deyildi.

COMMENTS