Bərdədə maşın orta yaşlı kişini vurub öldürdü

Bərdədə maşın orta yaşlı kişini vurub öldürdü

Bərdə rayonunda şəxsiyyəti məlum olmayan kişini avtomobil vuraraq öldürüb.

“Report”un məlumatına görə, rayonun Soğanverdilər kəndi ərazisində hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili yolun kənarı ilə gedən orta yaşlı kişini vurub.

Hadisədən sonra sürücü yaralını xəstəxanaya çatdırsa da, həkimlər onun çoxdan öldüyünü bildiriblər.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Hüquq-mühafizə orqanları tərəfindən onun şəxsiyyəti müəyyənləşdirilir və yaxınları axtarılır.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS