Bəşər Əsəd erməni nazirə Türkiyəni pislədi

Suriya diktatoru Bəşər Əsəd 100 il öncə Osmanlı İmperiyasında baş vermiş hadisələrlə İŞİD-çilərin əməllərini müqayisə edib.

Musavat.com xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, insan haqlarını pozmaqla bağlı sərt tənqidlərə məruz qalan Əsəd Dəməşqdə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla görüşdə təzədən qonşu Türkiyəni “terrorçulara dəstək”də ittiham edib. Bu barədə SANA agentliyi məlumat yayıb.

“Bəşər Əsəd qeyd edib ki, erməni xalqının məruz qaldığı iztirabları bu gün Suriya xalqı talançıların və terrorçuların əlindən çəkir” – məlumatda deyilir. “Silahlıların Ankara tərəfindən dəstəklənməsi region xalqının Osmanlı İmperiyası dövründəki məhrumiyyətlərini geri qaytarıb” – bildirib Əsəd

COMMENTS