Bacısına xəsarət yetirdi, maşınla qardaşının üstündən keçdi – Binədə şok olay

Bacısına xəsarət yetirdi, maşınla qardaşının üstündən keçdi – Binədə şok olay

Bakının Xəzər rayonunda cinayət hadisəsi baş verib.

“Dosye.org” xəbər verir ki, rayonun Binə qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş İ.Bədəlovla bacısı Aygün və qardaşı Elxan arasında münaqişə baş verib.

Bu zaman İ.Bədəlov Aygünə xəsarət yetirib, “Kia” markalı avtomobilində hadisə yerini tərk edərkən isə Elxanı vurub.

3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Bədəlov saxlanılıb.

Aygün və Elxan isə xəstəxanaya yerləşdiriliblər. Faktla əlaqədar cinayət işi başlanıb. Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS