Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

vu.jpg

Səbailin icra başçısı mat durumuna düşəcək..?

Son bir neçə ay ərzində həyata keçirilən kadr islahatları həm də sübut etdi ki, bu gün ölkədə diqqəti cəlb etməyən elə məmurlar var ki, dünyanın ən aparıcı oliqarxlarını belə kölgədə qoya bilərlər. Hətta bu məmurların əmlakları milyonları belə aşaraq fantastik həddə çatıb. Görünür bu səbəbdən millət vəkili Fəzail Ağamalı bu məmurların əmlaklarının müsadirə edilərək şəhid ailələrinə verilməsini təklif etməsi təsadüfi deyil. Hətta apardığımız araşdırmalar sübut edir ki, diqqəti ümumiyyətlə cəlb etməyən adi bələdiyyə sədrləri var ki, həyata keçirtdikləri xırda əməliyyatlar nəticəsində yüz minlərlə manat pulu mənimsəyə bilirlər. Hələlik isə əsas islahatlar icra strukturalrında həyata keçirilir və görünür bunun davamı olaraq digər sahələrə də diqqət ayrılacaq.

Bəri başdan bunu demək mümkündür ki, hazırda maliyyə fırıldaqlarının, çirkab əməliyyatların daha çox həyata keçirildiyi bölgələrdən biri də Bakı və Bakı ətrafı bölgələrdir. Elə buna görə də prezidentin sərancamı ilə Bakı şəhər icra hakimiyyəti başçısı postuna Eldar Əzizov gətirildi və Bakının ən strateji rayonu olan Səbael rayonuna da müasir təhsilli, heç bir korrupsiya olaylarında adı çəkilməyən Vüqar Zeynalov təyinat aldı. Həm də bu təyinat o zaman oldu ki, rayonun Badamdar-Bayıl bölməsi ciddi təhlükə ilə üz-üzə qalmışdır və çıxılmaz durum bu gün də davam edir. Bu haqda sonra… Amma məsələnin maraqlı tərəfi budur ki, yeni təyinatlar olsada bu kadrlar məcburdurlar ki, adları yüzlərlə maxenasiyalarda hallanan şəxslərlə işləsinlər. Bu isə özlüyündə işin keyfiyyətini aşağı salır və ciddi nəticə əldə etmək mümkün deyil. Məsələn, götürək Səbael rayonunu. Yeni başçı effektli nəticə əldə etmək üçün, yaranmış qruplaşmaları sıradan çıxartmaq üçün real addımlar atmalı və digər təşkilatlarla, o cümlədən bələdiyyələrlə əməkdaşlıq etməlidir.

Bəs belə olan halda başçı Vüqar Zeynalov tutalım Badamdarın 90 faizini az qala satan simalarla necə işləyə bilər? Hansı formada yeni başçı tutalım Badamdar bələdiyyəsinin sədri Həbib Əsədovla və yaxud Səbail bələdiyyəsinin sədri Firdovsi Cəbrayılovla əməkdaşlıq edə bilər? Adı çəkilən bu bələdiyyə sədrləri bir zamanlar Səbael rayon icra hakimiyyəti başçısının müavini, MTN-nin keçmiş şefi Eldar Maumudovun yaxın qohumu Yavər Allahverdiyevin az qala şəxsi yavərləri olublar və bu bölgədə, sürüşmə bölgəsində torpaqların qeyri-qanuni olaraq satılmasında iştirakçı olublar. Bu gün isə bələdiyyə sədri Həbib Abdullayev yaxasını kənara çəkərək bütün məsuliyyəti gah Yavər Allahverdiyevin, gah da Səbael rayonunda hazırda müavin olan Abit Əliyevin üzərinə yıxmaqla yaxasını kənara çəkir. Amma sir deyil ki, bu gün torpaqların satılması, özü də qeyri-qanuni satılması bələdiyyə sədrlərinin iştirakı olmadan mümkün deyil.

GundemXeber.az-a daxil olan məlumata görə, hətta Badamdar bölgəsində olan alqı-satqı bürolarının da böyük əksəriyyəti Həbib Abdullayevlə şərikdirlər və onların vasitəsi ilə tapılan müştərilər bələdiyyəyə dəvət olunur. Gəlin elementar faktlara baxaq. Bu gün kimsə tutalım Badamdarda qeyri-rəsmi olaraq sotu 30-40 min manat olan boş torpaq sahəsindən bircə sot zəbt edib, ev tikə bilərmi? Yəqin ki, bunu deyənə gülərsiniz. Amma Badamdar bələdiyyəsinin sədri bildirir ki, onun bu torpaqların zəbtindən xəbəri yoxdur və dediklərindən belə çıxır ki, yəqin bu torpaqlar yiyəsiz olduğuna görə qəpiksiz olaraq kimlərsə tərəfindən ələ keçirilib, ya da icra hakimiyyətinə getmək lazımdır. Başqa sözlə başı möhürlü, namazlı Həbib Abdullayev otağının pəncərəsindən kənara nə baxa bilər, nə də hansısa göstərişi verə bilər. Məsələ isə fərqlidir. Hələ bir neçə il öncə rayonların birinin bələdiyyə sədri həbs olunan zaman maraqlı bir maxenasiya xətti ortaya çıxdı. Aydın oldu ki, torpaqların qeyri-qanuni satışı sistemi aşağıdakı kimidir.

Deməli müştəri göz altı etdiyi ərazi ilə bağlı bələdiyyəyə gedirmiş, orada ilkin razılaşma edilir, sənədsiz torpaq üçün ayrıca haqq alınır və sənədləşmə üçün isə icra hakimiyyətinə getmək məsləhət görülür. Yox əgər imkanların yaxşıdırsa bütün məsələləri elə bələdiyyənin özündə də həll etmək mümkün olurmuş. Bunu isə Həbib Abdullayevin elə belə olaraq nəzərinə çatdırdıq. Çox maraqlıdır ki, bu şəkildə torpaqlar satılan zaman bələdiyyələr hüquqi baxımdan heç bir məsuliyyət daşımırlar. Amma bələdiyyə sədrlərinin oliqarxa çevrilmələrinin səbəbləri hələ də “aydın” deyil. Bax bütün bunlardan sonra yeni icra hakimiyyəti başçıları hansı səmərəli nəticələr əldə edə bilərlər? Bundan başqa qeyd edək ki, hazırda ən çox islahatların həyata keçirilməli olan orqanlardan biri də bələdiyyələrdir. İdarəetmə sistemində az qala qara yaraya çevrilən bələdiyyələr qanunsuz fəaliyyətdən başqa ortaya heç nə çıxara bilmirlər və bir çox bələdiyyələrdə bələdiyyə üzvləri demək olar ki, oyundan kənarda saxlanılır və sədrlə onun əl altısı bütün məsələlərin başında dayanırlar. Necə ki, Badamdar bələdiyyəsində də Həbib Əsədovla Bələdiyyə Vergi şöbəsinin rəisi Ramiq Mustafa birliyi mövcuddur. Bu haqda gələn yazıda…(GundemXeber.Az)

Dosye.org

COMMENTS