Bağdadda ABŞ səfirliyinin yaxınlığına raket düşdü

Bağdadda ABŞ səfirliyinin yaxınlığına raket düşdü

Bağdadın “yaşıl zona”sının yaxınlığında olan ərazi raket atəşinə tutulub.

Virtualaz.org bildirir ki, məlumatı “Al Arabia” telekanlı yayıb.

Məlumata əsasən, paytaxtın, ABŞ səfirliyi də daxil olmaqla, dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi o hissəsinin yaxınlığında raket partlayıb. Dərhal həyəcan siqnalı işə düşüb.

Xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib.

İraqın təhlükəsizlik orqanları “Twitter”də qeyd edib ki, raket “yaşıl zona”dan şərqdəki “Xalq” stadionu yaxınlığından buraxılıb.

Qeyd edək ki, raket hücumu İraq və ABŞ arasında strateji dialoqun ilk mərhələsi ərəfəsində həyata keçirilib. Belə ki, iki ölkənin rəsmiləri cümə axşamı günü siyasət, təhlükəsizlik, enerji və mədəniyyət sahələrində əməkdaşlığın aktual problemlərini müzakirə edəcəklər.

DOSYE.ORG

COMMENTS