Bağdadda TERROR – 6 ölü, 13 yaralı

İraqın paytaxtı Bağdadda növbəti terror hadisəsi törədilib.

Publika.az xəbər verir ki, bomba yüklənmiş avtomobilin partladılması nəticəsində 6 nəfər ölüb, 13-ü isə yaralanıb.

Teraktın hədəfi iaşə obyektləri olub. Ərazi mühasirəyə alınıb.

Hələlik hücumla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Dosye.az

COMMENTS