Bakıda şirkət rəhbəri ağır qəza törətdi: ölən var

Buzovna qəsəbəsində, Zuğulba prospektinin üzü şəhərə tərəf gələn hissəsində paytaxt sakini, 1978-ci il təvəllüdlü Bəxşi Rasim Rafiq oğlu idarə etdiyi «Volkswagen Tuareg» markalı, 90 SU 575 nömrə nişanlı avtomobillə piyadanı vurub.

 

Nəticədə piyada, 1991-ci il təvəllüdlü Budaqov Vüqar Heydər oğlu ağır bədən xəsarətləri alıb və təcili tibbi yardım çatmadan keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Qeyd edək ki, piyadanı vuran avtomobilin sürücüsü Rasim Bəxşi tanınmış iş adamıdır. O, HP şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəridir. /APA/

COMMENTS