Bakıda yeni doğulmuş körpə tapıldı

Bakıda yeni doğulmuş oğlan uşağı tapılaraq körpələr evinə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, Sabunçu rayonunun Albalılıq bağlar sahəsində Sabunçu RPİ 14-cü PB əməkdaşları tərəfindən yeni doğulmuş oğlan uşağı tapılaraq körpələr evinə təhvil verilib.

Araşdırmalar zamanı uşağın anası, Bakı şəhər sakini Fatimə İsgəndərova müəyyən edilərək saxlanılıb.

COMMENTS