Bakı-Qazax yolunda ağır qəza: 10 yaralı

Bakı-Qazax magistral yolunda ağır qəza baş verib. MediaPost-un məlumaıtna görə, qəza zamanı “Mercedes” və “Prado” markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alıblar.

 

MediaPost.az-ın hadisə yerinə olan əməkdaşının sözlərinə görə, ümumilikdə 10 nəfər ağır yaralanıb. Onlar təcili yardımla xəstəxanalarla çatdırılıblar. Yaralılardan 3-nün vəziyyəti ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

COMMENTS