“Bakı-2015 BİRİNCİ AVROPA OYUNLARI”nın NƏTİCƏLƏRİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası ilk dəfə olaraq Azərbaycanda keçirilən “Bakı – 2015 Birinci Avropa Oyunları”nın əsas nəticələri və bu mötəbər tədbirin təşkilində Akademiya gənclərinin rolundan bəhs edən tədbir keçirib.

Akademiyanın əsas binasında gənclərin iştirakı ilə təşkil olunan tədbiri giriş sözü ilə Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açıb.

Bildirib ki, bir neçə gün öncə başa çatan tədbirin əhəmiyyəti Azərbaycan idmanının, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin dünyaya tanıdılması, gələcəkdə ölkəyə turistlərin böyük axının cəlb edilməsi baxımından ölkə rəhbəri, cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uğurlu siyasətinin məntiqi nəticəsidir.

Həmçinin vurğulayıb ki, tədbirin təşkil olunmuş möhtəşəm açılış və bağlanış mərasimlərində daha çox Azərbaycanın zəngin milli-mənəvi və tarixi kaloritlərindən istifadə olunması böyük zövqdən və yüksək vətənpərvərlik hisslərindən xəbər verir. Qeyd olunub ki, “Bakı-2015 Birinci Avropa Oyunları”nın belə təmtəraqlı təşkili Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, hörmətli Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətindən irəli gəlir.

Tədbirin ölkəmiz üçün digər bir əhəmiyyətinin də Azərbaycan idmançılarının yüksək nailiyyətlər qazanması ilə bağlı olduğunu xüsusi vurğulayan Famin Salmanov bilirdi ki, qazanılan medalların sayına görə içtirakçı ölkələrin sıralamasında ikinci yeri tutmaqla Azərbaycan sübut etdi ki, dövlətimiz belə mötəbər oyunların təkcə ən yaxşı təşkilatçısı deyil, həm də inkişaf etmiş idman ölkəsidir. Çox sevindiricidir haldır ki, AMEA bu cür möhtəşəm oyunların keçirilməsi üçün Azərbaycanda təsis olunan konüllülər hərəkatı sıralarına öz gənclərini cəlb etməklə ona öz töhfəsini verib.

Sonra çıxış edən AMEA könüllüləri beynəlxalq tədbirlə bağlı xoş təəssüratlarını gənclərlə bölüşüblər.

Daha sonra “I Avropa oyunları və onun Azərbaycanda turizmin inkişafına təsiri” mövzusu ilə çıxış edən AMEA İqtisadiyyat İnstitutunun gənc alimi Tural Məmmədovun məruzəsi maraqla dinlənilib.

Tədbirin sonunda GAMŞ tərəfindən hazırlanan “gencalimler.az” portalının və “Gənc tədqiqatçı” elmi-praktiki juranılının geniş təqdimatını keçirilib.

AMEA Rəyasət Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi

COMMENTS