Bakı aeroportunda COVID-19 analizi vermək mümkün olacaq

Bakı aeroportunda COVID-19 analizi vermək mümkün olacaq

Azərbaycana gələnlər artıq Heydər Əliyev adına Beynəlxalq Aeroportunda COVID-19 analizi verə biləcəklər.
“Report” bu barədə hava limanına istinadən xəbər verir.
Məlumata görə, test məntəqələri aeroportun 1-ci terminalında yerləşir.
Xatırladaq ki, hazırda Bakı-İzmir-Bakı, Bakı-Minsk-Bakı, Bakı-Ankara-Bakı, Bakı-İstanbul-Bakı aviareyslər həyata keçirilir.
DOSYE.ORG

COMMENTS