Bakı bir gecənin içində onurğamızı qırdı – Xaçatyan

Bakı bir gecənin içində onurğamızı qırdı – Xaçatyan

Çox ciddi proseslər gedir. 12 sentyabrdan 13 sentyabra keçən gecə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin ön xəttini qıraraq, strateji yüksəklikləri ələ keçirə bildi. Bu strateji nöqtələr bizim onurğa sütunumuz sayıla bilərdi.

DOSYE.ORG axar.az-a istinadla xəbər verir ki, bu fikirləri tanınmış erməni hərbi analitik Şiraz Xaçatryan bölüşüb.

Onun sözlərinə əsasən, Azərbaycan Ordusunun hücumlarının istiqamətləri kifayət qədər genişdir və əvvəl-əvvəl Bakının əsas məqsədini bəlli etmək olmurdu:

“Elə “hərbi taktika” da buna deyirlər. Biz ilk saatlarda nə baş verdiyini heç anlamırdıq. Birdən eşitdik ki, artıq Azərbaycan Ordusu bizim üçün çox vacib bir neçə nöqtəni nəzarət altına götürüb. Gələcəkdə Bakı İrəvanın nəfəsini kəsmək istəsə, bizim üçün strateji yüksəklik sayılan Qızılcıq kəndini (Qarakilsə) də ələ keçirə bilər. Bu, zərgər dəqiqliyi ilə ölçülmüş və uzunmüddətli prespektivə hesablanmış strategiyadır”, – deyə o qeyd edib.

COMMENTS