Bakı İrəvana cavab hazırlayır: Türkiyədən qırıcı alacaq – Forbes

Bakı İrəvana cavab hazırlayır: Türkiyədən qırıcı alacaq – Forbes

Bakı, ola bilsin ki, öz Hərbi Hava Qüvvələri üçün təyyarələri Türkiyə və Gürcüstandan almaqla genişləndirmək istəyir.

Yenipress.az xəbər verir ki, bu sözləri analitik Pol İddon “Forbes” jurnalında Azərbaycan müdafiə nazirinin Türkiyə səfəri fonunda yazıb.

Onun sözlərinə görə, Azərbaycan HHQ-nin arsenalında MiQ-29 qırıcıları və Su-25 hücum təyyarələri var:

“Azərbaycanda təlim-məşq üçün təyyarələr də mövcuddur və lazım olanda onlardan hücumlarda istifadə edilə bilər. Xüsusilə Türkiyədən alınan “Hürkuş”lar bu baxımdan yararlıdır.

Bakı həmçinin öz aviasiyasını Türkiyənin hərbi-təlim təyyarələri olan “Hürjet”lərlə də gücləndirə bilər”.

Müəllif qeyd edib ki, “Hürkuş” 3300 funt ağırlıqda hərbi arsenal daşımağa, xüsusi uçuş-enmə zolağına ehtiyac olmadan uçmağa qadirdir və hücumlarda istifadəyə yararlıdır:

“Türkiyə Bakıya qırıcılarını modernləşdirməyə yardım etdi. Bunun sayəsində türk qanadlı raketləri SOM-u Bakının qırıcıları daşımaq gücündədir. Bu raketlərin hədəf məsafəsi isə 150 mildir. Təyyarələr Belarusun “Talisman” şirkətinin istehsalı olan radioelektron blokla təchiz edilib və 44 günlük müharibədə sınaqdan uğurla keçirilib”.

İddonun sözlərinə görə, Azərbaycan bu addımı Ermənistanın Rusiyadan Su-30SM qırıcıları almasına cavab olaraq atır:

“Bu qırıcılardan Ermənistan müharibədə istifadə edə bilmədi. Hansı ki, Ermənistan aviasiyasının ən qabaqcıl və yüksək döyüş qabiliyyətli qırıcılarıdır”.

DOSYE.ORG

COMMENTS