Bakı İrəvanın bu çağırışını “eşitməyəcək”

Bakı İrəvanın bu çağırışını “eşitməyəcək”

Ermənistan Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı vəziyyət müzakirə olunub və Azərbaycanla sülh danışıqlarının dərhal başlanması təklifi edilib: iclasda iddia edilib ki, Bakı Qarabağdakı separatçıların təmizlənməsi əməliyyatına zəmin hazırlayır.

Dünənə qədər Bakının sülh sazişi təklifinə cavab verməyən İrəvanın fikrini dəyişməsində məqsədi var: Ermənistan Azərbaycanın sülh danışıqları üçün təklif etdiyi 5 baza prinsipinə Qarabağdakı ermənilərin “statusu” məsələsini əlavə etmək niyyətindədir, lakin Bakının Qarabağda mümkün təmizləmə addımları İrəvanın ümumiyyətlə bu istiqamətdə cəhd imkanlarını da sıradan çıxara bilər; bu baxımdan, ermənilər sülh sazişi ilə bağlı “dərhal danışıqlara başlamaq” və “əlavələrini” masaya daxil etmək istəyirlər.

Bu dəfə də rəsmi Bakı İrəvanın “dərhal danışıqlar” istəyini eşitməyəcək.

DOSYE.ORG

COMMENTS