Bakı məktəblərinin yaşlı direktorları: onların arasında 71-i ötən də var

“Bakıda fəaliyyət göstərən orta məktəblərdə nəinki 65, hətta 71 yaşdan da yuxarı olan direktorlar hazırda öz vəzifələrini icra edir”. Bunu Modern.az saytının sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.
Nazirlikdə qeyd olunub ki, paytaxt üzrə ümumtəhsil məktəblərində yaşı 60-65 arası olan – 72, yaşı 66-70 arası olan olan – 28 və yaşı 71-dən yuxarı olan 11 nəfər məktəb direktoru çalışır.
Qeyd edək ki, bir müddət Təhsil Nazirliyi pensiya yaşına çatmış bir qrup direktorla əmək müqaviləsi bağlamaqdan imtina etmişdi.

COMMENTS