Bakı metrosunda qatarların hərəkətində gecikmələr müşahidə olunur


“Bakı Metropoliteni“nin “Nəriman Nərimanov” – “Ulduz” stansiyaları arasında yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş verən nasazlıq səbəbindən hazırda metropolitenin xətlərində qatarların hərəkətində gecikmələr müşahidə olunur.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bəzi qatarlar arasında interval əlavə olaraq 2-3 dəqiqə artıb: “Bəzi qatarlar isə qrafik üzrə interval göstəricisinə uyğun hərəkət edir”. DOSYEORG

COMMENTS