Top.Mail.Ru

Bakı polisindən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA

Bakı polisindən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA

“Törətdiyi əmələ görə Nizami Rayon Polis İdarəsi İstintaq şöbəsində cinayət işi üzrə təqsirləndirilən Tofiq Yaqublunun qızı Nigar Həzinin müstəntiq tərəfindən istintaqın hərəkətsiz saxlanılmaqla, ibtidai araşdırmanın uzadılması ilə bağlı sosial şəbəkələrdə irəli sürdüyü iddialar əsassızdır”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, cinayət işinin ibtidai istintaqını aparan Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi tərəfindən Tofiq Yaqublunun həyat yoldaşı və qohumu şahid qismində mayın 7-də idarəyə dəvət olunmalarına baxmayaraq, məqsədli olaraq razılaşdırılmış tarixdə polis idarəsinə gəlməyiblər:

“Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir”./Report

DOSYE.ORG

COMMENTS