Bakı polisindən dəhşətli qətllə bağlı – Açıqlama

Bakı polisindən dəhşətli qətllə bağlı – Açıqlama

Bakı şəhər Baş Polis İdarəsi paytaxta törədilən qətllə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Xətai rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi və 36-cı polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də gecə saatlarında, Xətai rayonu Zığ yolunda yerləşən marketlərin birində törədilən qətlin üstü açılıb.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü B.Əliyevi kürək nahiyyəsindən bıçaqlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü İsmayıl Ağəsənov şübhəli şəxs qisimində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətl hadisəsi pul üstündə baş verib. İsmayıl Ağəsənov pul əldə etmək üçün marketə basqın edib.

DOSYE.ORG

COMMENTS