Bakı-Qazax yolunda AĞIR QƏZA: 10-a yaxın yaralı…

Bakı-Qazax yolunda AĞIR QƏZA: 10-a yaxın yaralı…

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

DOSYE.ORG APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, mikroavtobusla minik maşınının toqquşması nəticəsində 10-a yaxın şəxs xəsarət alıb.

Hadisə zamanı xəsarət alanlar təcili tibbi yardım maşınları ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS