Top.Mail.Ru

Bakı qeydiyyatlı şəxslər bölgələrdən necə qayıda bilər? – DİN-dən AÇIQLAMA

Bakı qeydiyyatlı şəxslər bölgələrdən necə qayıda bilər? – DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran digər suallara da aydınlıq gətirib.

Dosye.org Avtosfer.az-a istinadən həmin sual və cavabları təqdim edir:

– Hazırda respublikanın digər rayonlarında olan Bakı qeydiyyatlı şəxslərin paytaxta qaytarılmalarına icazə verilirmi, verilirsə onlar necə qayıda bilərlər?

 

– Respublikanın şəhər və rayonlarına gedən Bakı şəhəri üzrə daimi qeydiyyatda olan şəxslər öz avtomobilləri ilə, avtomobilləri olmayanlar isə rayonun və şəhərin hüdudunadək taksilərdən istifadə etməklə paytaxta geri qayıda bilərlər.

– Polis əməkdaşı karantin rejiminin pozulması haqqında inzibati protokol tərtib etdikdən sonra onun bir nüsxəsini vətəndaşa təqdim etməlidirmi?

– Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolun sürəti mütləq qaydada barəsində icraat aparılan şəxsə verilir.

– Ev heyvanlarını gəzdirmək üçün icazə necə alınır?

– Ərzaq və dərman almaq üçün, habelə bank və poçt xidmətlərindən istifadə etmək üçün SMS vasitəsi ilə icazəsi olan şəxslər 2 saat müddət ərzində ev heyvanlarını da gəzdirə bilərlər.

DOSYE.ORG

COMMENTS