Bakı şəhər Baytar İdarəsində nə baş verib?

Nazirin işdən çıxardığı baş mühasib qeyri-qanuni olaraq çalışmaqda davam edir; heç bir səbəb olmadan idarəninin 23 işçisindən ərizə yazmaq tələb olunur; ərizə yazmaq istəməyənlər isə 5-7 min manat arasında rüşvət verməlidi….

 

Bir müddətdir ki, ölkəninin qida təhlükəsçizliyndə önəmli qurumlardan biri olan Bakı Baş Baytarlıq İdarəsində baş verənlərlə bağlı ictimaiyyəti məlumatlandırır. Qeyd edək ki, artıq iki ilə yaxındır ki, Bakı Baş Baytarlıq İdarəsi qovğaların və qalmaqalların mərkəzinə çevrilib. Məhz bu qovğaların üzündən təqribən bir əvvəl sabiq kənd təsərrüfatı naziri İsmət Abbasov Bakı Baş Baytarlıq İdarəsinin rəisi Rəşid Abbasovu müavini Aslan Aslanovu işdən azad edib. Onların yerinə isə Şahmar Abdullayevi və Adil Usubovu təyin etmişdi. Lakin yeni təyinatlar belə Bakı Baş Baytarlıq İdarəsində qayda-qanun yaranmasına gətirib çıxarmadı. Belə ki, qısa zaman içində idarə rəisi Şahmar Abdullayevlə müavini arasında qovğa yenidən qızışdı. Hətta bu qovğa ölkədə bir ilkə imza atılmasına səbəb oldu. Şahmar Abdullayev müavini Adil Usubovu külli-miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edərək onu məhkəməyə verdi. İş məhkəmə koridorlarında süründürüldü və sonradan Şahmar Abdullayev öz şikayətini geri götürməyə məcbur olundu. Bir müddət sonra isə yeni təyin olunan kənd təsərrüfatı naziri Heydər Əsədov idarədə qayda yaratmaq məqsədi ilə Şahmar Abdullayevin vəzifədən aldı və onun yerinə İsmət Abbasovun işdən aldığı keçmiş müavin Aslan Aslanovu təyin etdi. Lakin iddialara əsasən Bakı Baş Baytarlıq İdarəsində qarşıdurmaların əsas səbəkarı olan Adil Usubov toxunulmazlığını qoruya bildi. Buna baxmayaraq adı korrupsiya mənimsəmələrində hallanan və keçmiş rəis Şahmar Abdullayev tərəfindən Adil Usubovla birlikdə dövlət vəsaitini mənimsəməkdə ittiham olunan baş mühasib Mina Daşdəmirova da nazirin əmri işdən azad olundu. Yeni daxil olan məlumata əsasən Mina Daşdəmirova nazir Heydər Əsədov tərəfindən vəzifədən alınsa da, hazırda qeyri-rəsmi olaraq Bakı Baş Baytarlıq İdarəsində işlərini davam etdirməkdədir. Ona bu imkanı yaradan isə Şahmar Abdullayev vəzifədən alındıqdan sonra Bakı Baş Baytarlıq İdarəsini tam olaraq nəzarəti alıtana alan müavin Adil Usubov və onun əsas yardımçılarından biri olan xanım kassir-mühasibdir. Bildirilir ki, Mina Daşdəmirovla yaxın rəfiqə olan kassir-mühasib xanım Adil Usubovla birlikdə nazirin işdən azad etdiyi Mina Daşdəmirovaya yenidən baş mühasib vəzifəsinə qayıdacağı ilə bağlı söz verib və hazırda Mina Daşdəmirova qeyri-rəsmi olaraq idaərəninin bütün maliyyə hesablarnı idarə etməkdədir. Mənbə bildirir ki, Mina Daşdəmirova hər gün səhər tezdən işə gəlir və axşam saatlarında iş yerini tərk edir. Aslan Aslanov isə müavinin yaratdığı bu qanunsuz şəraitə göz yumur. Bundan başqa daxil olan məlumatda bildirilir ki, son bir həftə ərzində Adil Usubov 23 nəfər məntəqə rəisi, baytar-feldşerə ərizələrini yazmağı tapşırıb. İçlərində şəhid atası, Qarabağ qaçqını olan həmin şəxslər isə hazırda çətin vəziyyətə düşüblər. Bildirilir ki, işdən azad olunan 23 nəfərə heç bir əsas gətirməyiblər. Sadəcə Adil Usubov onlardan ərizələrini tələb edib. Mənbəninin bildirdiyinə görə həmin məntəqə rəisləri və baytar-feldşerlər işdən azad olunmamaq üçün Adil Usubova 5-7 min manat arası rüşvət verməlidirlər. Əks təqdirdə onların yerinə gələcək olan şəxslərdən həmin məbləğ alınacaq və uzun illər boyu bu idarədə çalışan insanlar heç bir səbəb göstərilmədən küçəyə atılacaq. Qeyd edək ki, mənbə redaksiymıza ərizə yazması tələb olunan şəxslərin siyahısını təqdim edib. Həmin siyahını dəqiqləşdirdikdən sonra oxucularımızın diqqətinə cəlb edəcəyik. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq… 

COMMENTS