Bakı sakini özünü bıçaqladı

Fuad Qəhrəmanov ailədaxili münaqişə zamanı əsəblərini cilovlaya bilməyib

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı Dadaş Bünyadzadə küçəsində yaşayan 35 yaşlı Fuad Qəhrəmanov bıçaq xəsarətləri ilə qohumları tərəfindən kliniki tibbi mərkəzə çatdırılıb. Qarın nahiyəsindən bıçaq xəsarətləri alan fuad qəhrəmanov dərhal əməliyyat olunub. Həkimlər onun həyatını xilas edə biliblər.

Faktla bağlı Yasamal rayon polis idarəsində araşdırmalara başlanılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Fuad Qəhrəmanov özünə bıçaqla xəsarət yetirib. Əməliyyat zamanı məlum olub ki, 35 yaşlı Fuad Qəhrəmanov ailədaxili münaqişə zamanı əsəblərini cilovlaya bilməyib və bıçaqla özünü vurub.

Faktla bağlı Yasamal rayon polis idarəsində başlanan araşdırmalar davam etdirilir.

COMMENTS