Bakı sakininin bank hesabından oğurluq edildi

Bakı sakininin bank hesabından oğurluq edildi

Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə iyulun 22-də Bakı şəhər sakini R.Rüstəmovun bank hesabından 2000 manatının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın rayon sakini S.Həsənov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS