Bakı sakininin qohumuna telefon ötürmək cəhdinin qarşısı alındı

Bakı sakininin qohumuna telefon ötürmək cəhdinin qarşısı alındı

Bakıda 3 saylı İstintaq Təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb

 

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs İlkin Xalıq oğlu Hüseynzadəyə qohumu, Bakı şəhəri, T.Abbasov küçəsi, ev 9, mənzil 50 ünvanında yaşayan vətəndaş Firudin Famil oğlu Salmanovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı iki ədəd “Pfanner” meyvə şirəsinin içərisində xüsusi üsulla yerləşdirilmiş bir ədəd “Nokia”, bir ədəd “C10” markalı mobil telefon aparatları və dörd ədəd “Nar” danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə əsasən həbs edilib.

COMMENTS