Bakı-Sumqayıt yolunda böyük tıxac

Bu gün səhər saatlarından başlayaraq Bakı-Sumqayıt yolunda şəhər istiqamətində böyük tıxac yaranıb.

Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, Xırdalan postundan başlayan sıxlıq bu saatlara qədər davam edir.

Sürücülərin avtomobilləri yavaş idarə etməsi vəziyyəti daha da çətinləşdirib. Tıxac Bakı Beynəlxalq Avtovağzalın yaxınlığına qədər uzanıb.

Məsələni araşdırmaq üçün sayt Baş Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxlayıb. İdarədən verilən məlumata görə, əslində həmin ərazidə həmişə sıxlıq olur. Bu gün isə hava şəraitinin əlverişsiz olması vəziyyəti daha da çətinləşdirib.

“Hazırda yağıntılı havada sürücülər maşını yavaş idərə edirlər, bu səbəbdən də sıxlıq yaranıb”, – deyə idarədən bildirilib.

COMMENTS