Bakı Texniki Kollecində biabırçılıq

Kollecdə bu semesterdə imtahanların “rüşvət qiyməti” 600 manata qədər yüksəldilib və bunu kollec rəhbərliyi devalvasiya ilə əlaqələndirib.

Artıq bütün təhsil ocaqlarında yay sessiyası başa çatmaq üzrədir. Daha doğrusu demək olar ki, çatıb. Lakin təhsil ocaqlarında imtahan sessiaları hələ də şəffaf deyil. Xüsusən orta ixtisas məktəblərində – kolleclərdə vəziyyət həddindən artıq acınacaqlıdır. Bir qayda olaraq kolleclər uzun illərdir ki, bir qızıl qayda ilə çalışırlar.

Tələbəninin savadının olub-olmamasından asılı olmayaraq hər bir tələbə imtahanlardan qiymət almaq üçün rektorun qoyduğu rüşvəti ödəməlidir. Və bir qayda olaraq hər bir kollecdə tələbələrdən bir sessiya üçün 400-500 manat ödəməlidirlər. Bunu ödəməyən tələbəninin isə imtahanları uğurla vermək şansı bir mənalı olaraq yoxdur.

Bununla bağlı hazırda ən böyük biabırçılıq Bakı Texniki Kollecində baş verir. «Koroğlu» metrosunun axınlığında yerləşən bu kolleci sanki Allah belə yadından çıxarıb, nəinki Təhsil Nazirliyi.

Bu kolleci idarə edən bir neçə şəxs elə zənn edir ki, doğurdan da bu kollec onların atalarının mallarıdır və onlar istədiyi kimi istənilən həcmdə ruşvəti tələbələrin onlara verməsi tamamilə qanunauyğunluqdur. Və belə görünür ki, onlar haqqlıdırlar. Çünki Təhsil Nazirliyində heç kim burdakı qanunsuzluqların ərşə çıçmasının fərqində deyil.

Bunun səbəbi isə təbii ki, məlumdur. Amma bütün bu səbəbləri hamımız bildiyimizi də bir kənara qoyaq. Sadəcə bir şeyi vurğulamaq yerinə düşər. Bakı Texniki Kollecində rüşvət öz məcrasından çıxıb və demək olar ki, rüşvətin səviyyəsini o qədər şişirdiblər ki, artıq valideynlər və tələbələr belə üzə durub.

Bu semesterdə imtahanların qiyməti 600 manata qədər yüksəldilib və bunu kollec rəhbərliyi devalvasiya ilə əlaqələndirib. Yəni kollec rəhbərliyi öz itirdiklərini hesablaya billib və buna görə də qiymətləri qaldırıb. Valiydeynlər isə özləri bilər. Övladlarının diplom almalarını istərlərsə, onda kollec rəhbərliynin tələb etdiyi rüşvəti də verməlidirlər.

Bunun başqa yolu yoxdur. AzMedia.info-nu məlumatlandıran mənbəninin bildirdiyinə görə bu barədə şöbə müdirləri açıq şəkildə tələbələrə və valideynlərə bildiriblər. Şöbə müdirləri direktorun dilindən bildiriblər ki, onlar üçün dəxli yoxdur. Ya tələb olunan pul verilməlidi, ya da övladları bütün imtahanlardan iki almalı olacaqlar.

Bu arada bizi düşündürən maraqlı məsələ budur. Görəsən tələbələr bir nəfər kimi tələb olunan pulu verməkdən imtina etsələr, onda kollec rəhbərliyibütün tələbələri imtahanlardan kəsəcəklər? Onda buna Təhsil naziri Mikayıl Cabbarov nə deyəcək?

COMMENTS