Top.Mail.Ru

Bakı Tikiş Evi məlumat yaydı

Bakı Tikiş Evi məlumat yaydı

Bakı Tikiş Evi (ASC) KİV-də yayılmış məlumatla bağlı narahatlığını bildirir.

Bu barədə “Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunub ki, Bakı Tikiş Evi (ASC) Müdafiə Nazirliyi, DİN və Daxili Qoşunların geyimlərinin istehsalı ilə ölkənin ən çətin günlərində peşəkar fəaliyyəti ilə dövlətə və dövlətçiliyə daim xidmət edib və xidmət etməyə davam edir:

“Ölkəmizdə karantin qaydalarının yumşaldılması ilə əlaqədar olaraq, müəssisəmiz rəsmi icazə əsasında koronavirusa qarşı müvafiq qorunma tədbirlərini alaraq, azsaylı işçi qüvvəsi ilə fəaliyyətini bərpa edib.

Fabrik fəaliyyətə başlamazdan əvvəl, Səhiyyə Nazirliyi Sanitariya və Epidemiologiya xidməti tərəfindən dezinfeksiya edilib. Həmçinin profilaktik tədbir olaraq müəssisənin öz təşəbbüsü ilə, əməkdaşlar “COVID19”  testindən keçirilib.

Yoxlama zamanı şübhəli test nəticələri olan işçilərlə bağlı dərhal bütün tədbirlər görülərək, TƏBİB-ə rəsmi məlumat verilib. TƏBİB tərəfindən müvafiq əməkdaşlarımız, dövlət tərəfindən təyin olunmuş karantin bölgələrindən birinə yerlədirilib.

Qeyd etmək istərdik ki, fabrikin fəaliyyəti Karantin rejiminin yumuşaldılmasından sonra bərpa edildiyindən kütləvi yoluxma halları müəssisə daxilində baş verməyib.

İşçilərimizin vəziyyəti stabildir və heç bir ağırlaşma halı yoxdur. TƏBİB-dən bizə verilən məlumata əsaslanaraq deyə bilərik ki, önümüzdəki həftənin ilk yarısında yekun müayinələr aparılaraq, onlar uyğun qərar əsasında evə yola salınacaqlar.

Son olaraq qeyd etmək istərdik ki, bundan əvvəl mövzu ilə bağlı müəssisəmiz haqqında yayılan bütün xəbər və məlumatlar əsassızdır!”

DOSYE.ORG

COMMENTS