Bakıda 16 yaşlı qız rəfiqəsini qətlə yetirib

Bakıda 23 yaşlı qızı qətlə yetirən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 27-də Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Şəms Daşdəmir qızı Abdullayevanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Xəlilova tutulub.

APA TV-nin əldə etdiyi məlumata görə, hadisə noyabrın 27-də axşam saatlarında, Binəq qəsəbəsində, hələlik sahibi müəyyənləşdirilməyən şəxsin avtomobilində baş verib. Qızların 1 ildən çoxdur, eyni evdə kirayədə qaldıqları bildirilir. Öldürülənin azyaşlı övladı var. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal olunur.

Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb

COMMENTS