Bakıda 17 yaşlı qız itkin düşüb – FOTO

Bakıda 17 yaşlı qız itkin düşüb – FOTO

Paytaxın Nəsimi rayonunda yaşayan Əliyeva Arzu Tərlan qızı polisə müraciət edərək qızı 2005-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızının avqustun 29-da evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. Bu barədə DİA.AZ-a DİN-dən məlumat verilib.

O, həmin gündən bərı qızı barədə məlumat ala bilmədiyini qeyd edib. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. Dinara Hacıyeva barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə (012) 441-23-80 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

DOSYE.ORG

Bakıda 17 yaşlı qız itkin düşüb

COMMENTS