Bakıda 19 yaşlı oğlan faciəvi şəkildə öldü

Sabirabad rayon sakini Bakıda bədbəxt hadisə nəticəsində ölüb. Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Salyan yolu küçəsi-20 ünvanında qeydə alınıb.

Sabirabad rayon sakini, 1995-ci il təvəllüdlü Pünhan Müslüm oğlu Musayev işlədiyi “Portos İnşaat” MMC-nin hazırda inşasını davam etdirdiyi 8 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində təmizlik işləri apararkən ehtiyatsızlıqdan yıxılıb.

P. Musayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS